Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“İpəkçilik - izahlı lüğət” adlı kitab işıq üzü görüb
11.09.2014 00:00
  • A-
  • A
  • A+

“İpəkçilik - izahlı lüğət” adlı kitab işıq üzü görüb

AMEA Şəki Regional Elmi Mərkəzi tərəfindən respublikamızda ilk təcrübə olan “İpəkçilik - izahlı lüğət” adlı kitab nəşr olunub.

Mərkəzin direktoru, geologiya-mineralogiya elmləri doktoru Zəkəriyyə Əlizadənin təşəbbüsü ilə çapdan çıxmış yeni nəşrin elmi redaktoru filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyevdir.

Kitab mərkəzin əməkdaşları – elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Zərbalı Xəlilov, İpəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov, fizika-riyaziyyat elmləri namizədi İzzət Salmanov, elmi işçilər Həbibulla Manaflı, Adışirin Xəlilov və Yevgeniya Bəkirova tərəfindən hazırlanıb.

Azərbaycanda bu sahə üzrə ilk dəfə hazırlanan lüğətdə tut ipəkqurdunun biologiya, biokimya, fiziologiya, ekologiya və genetikası, eləcə də onun yetişdirilməsi, ipəkçiliyin dünyada və Azərbaycanda tarixi, qrenanın və baramanın alınma texnologiyası, ipəkqurduna qulluq, onların ziyanvericilərdən və xəstəliklərdən qorunması və digər məsələlərlə bağlı mindən artıq işlək termin öz izahını tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: