Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Yüksək Texnologiyalar Parkında KOB İnkişaf Agentliyinin nümayəndəsi ilə görüş keçirilib
08.08.2019 10:25
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkında KOB İnkişaf Agentliyinin nümayəndəsi ilə görüş keçirilib

AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin (KOB) İnkişafı Agentliyinin nümayəndəsi ilə görüş keçirilib.

Görüş zamanı YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov rəhbərlik etdiyi müəssisədə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində önəmli işlərin görüldüyünü qeyd edib.

İki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə və birgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

KOB İnkişaf Agentliyinin nümayəndəsi AMEA-nın təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyası ilə tanış olduqdan sonra neft məhsullarının istehsalını həyata keçirən rezidentlərin hazır neft məhsulları və onların istehsal prosesi ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: