Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ziyalı sözü” kitabı çapdan çıxıb
31.07.2019 16:00
  • A-
  • A
  • A+

“Ziyalı sözü” kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi Maral Poladovanın “Ziyalı sözü” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

Nəşrdə M.Poladovanın 2004-2018-ci illərdə “Elm və həyat” jurnalı, “525-ci qəzet”, “Ədəbiyyat qəzeti”, “Ədalət”, “Respublika” və “Elm” qəzetlərində çap olunmuş məqalə və müsahibələri toplanıb. Kitab “Yazdıqlarım”, “Həmsöhbətlərimin dedikləri”, “Elm və həyat”ın tarixindən səhifələr”, “Yazılanlar”, “Mükafatlar və fotoyaddaş” bölmələrindən ibarətdir.

Kitabın “Ön söz”ünün müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

Qeyd edək ki, 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Maral Poladova Ədəbiyyat İnstitutunun “Filologiya və sənətşünaslıq” və “Müqayisəli ədəbiyyatşünaslıq” elmi jurnallarının məsul redaktorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: