www.science.az
29.07.2019 12:05

“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalı çapdan çıxıb

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin elmi nəşri olan "Seismoprognosis observations in the territory of Azerbaijan" (“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri”) elmi jurnalının 2019-cu ildəki birinci sayı çapdan çıxıb. 

Jurnalda Yer elmləri bölməsi sahəsində (seysmologiya, geofizika, geodinamika və s.) aparılan elmi tədqiqatların nəticələrinə dair məqalələr toplanılıb.

Qeyd edək ki, cari ildən redaksiya heyəti jurnalın dövriliyini artıraraq ildə iki dəfə nəşr olunmasına qərar verib.

Jurnalın yeni sayı ilə bu linkdən tanış olmaq olar:

http://www.seismology.az/journal/files/articles/jurnal-2019.pdf

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.