Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb
29.07.2019 09:26
  • A-
  • A
  • A+

“Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

AMEA-nın Azad Həmkarlar İttifaqıNizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qoşa qanad” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib.

Nəşrin ideya və “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır.

Vəsait İ.Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır. Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: