Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanıb
12.06.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanıb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə Niderlandın Amsterdam şəhərində yerləşən Beynəlxalq Sosial Tarix İnstitutu arasında əməkdaşlığa dair saziş imzalanıb. Şərqşünaslıq İnstitutunda keçirilən imzalanma mərasimində Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunu həmin elmi müəssisənin Orta Şərq və Mərkəzi Asiya şöbəsinin rəhbəri, prof. dr.Turac Atabəki təmsil edib.

Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva elmimizin inteqrasiyası istiqamətində görülən işlərdən söz açaraq, Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu ilə bağlanan sazişin əhəmiyyətindən danışıb.

Prof. dr. Turac Atabəki çıxış edərək, təmsil etdiyi institutun tarixindən söz açıb, burada zəngin arxivin mövcud olduğunu və dəyərli tədqiqatların aparıldığını qeyd edib. T.Atabəki imzalanan sazişin hər iki elmi müəssisə üçün böyük fayda verəcəyinə əminliyini bildirib.

Daha sonra AMEA Şərqşünaslıq İnstitutu ilə Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu arasında saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən professor Gövhər Baxşəliyeva, Niderland tərəfdən prof. dr. Turac Atabəki imzalayıblar.

Saziş iki elm müəssisəsi arasında əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin, layihələrin yerinə yetirilməsi, alimlərin araşdırma işlərini yerinə yetirmələrinə kömək məqsədilə ədəbiyyat və kitabxana materialları ilə təmin edilməsi, kitab və jurnalların qarşılıqlı mübadiləsi və çapı, beynəlxalq səviyyəli simpozium, konfrans və sərgilərin birgə təşkili, elmi mübadilə və qarşılıqlı maraq doğuran digər fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: