Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans keçirilib
25.07.2019 17:06
  • A-
  • A
  • A+

“Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans keçirilib

İyulun 25-də Gədəbəydə Milli Yaylaq Festivalı çərçivəsində “Milli mədəni brend – müasir tendensiyalar” adlı beynəlxalq konfrans təşkil olunub.

Tədbiri Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev açaraq konfransın əhəmiyyətindən danışıb. Qeyd edib ki, innovativ mədəni brendlərin artması nəticəsində ölkəmizin tanınması genişlənir.

Sonra AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək mədəniyyətimizin qorunmasının önəmindən və bu sahədə görülən işlərdən söz açıb.

Tədbirdə, həmçinin Türkiyə İnegöl Bələdiyyəsinin Xalq rəqsləri ansamblının müəllimi Fatih Oralın “Türk milli mədəniyyətinin təbliğində gənclərin rolu”, Qazaxıstan Milli İncəsənət Universitetinin professoru Rauşan Maldibayevanın “Mədəniyyətdə müasir tendensiyalar”, Rusiyanın D.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Natalya Kryukovanın “Mədəni xidmətlər” və digər mövzularda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: