Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yeni əsərinin ABŞ-da premyerası keçirilib
23.07.2019 11:40
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin yeni əsərinin ABŞ-da premyerası keçirilib

ABŞ-ın Los-Anceles şəhərində yerləşən “Walt Disney Concert Hall”da Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin “Harmoniya” adlı yeni əsərinin dünya premyerası keçirilib. 

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən konsertdə iki mindən çox los-ancelesli klassik musiqisevər, o cümlədən tanınmış incəsənət xadimləri və musiqişünaslar, müxtəlif icmaların nümayəndələri və jurnalistlər iştirak ediblər.

“Harmoniya” əsəri məşhur dirijor Eduard Şmiderin rəhbərliyi altında tanınmış “iPalpiti” Kamera Orkestri tərəfindən ifa olunub. F.Əlizadə də konsertə qatılaraq əsərin piano partiyasını ifa edib.

Qeyd edək ki, Kaliforniya səfəri çərçivəsində F.Əlizadə, həmçinin Beverli Hills şəhər meriyasının binasında gənc amerikalı bəstəkarlara master-klass verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: