Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA və Monpelye Universitetinin elan etdiyi müsabiqənin vaxtı uzadılıb
22.07.2019 10:13
  • A-
  • A
  • A+

AMEA və Monpelye Universitetinin elan etdiyi müsabiqənin vaxtı uzadılıb

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş əsasında birgə doktorantura proqramı çərçivəsində “Water confinement in single-wall carbon nanotubes: phase states and molecular dynamics” mövzusu üzrə müsabiqənin vaxtı 29 iyul 2019-cu il tarixinə qədər uzadılıb.

Seçilmiş namizədlər eyni zamanda həm AMEA, həm də Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə görə, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müraciətlər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsi tərəfindən qəbul edilir. Təqdim ediləcək sənədlər haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq əlaqələr idarəsinə müraciət edilə bilər.

Tel.: (+994 12) 492 34 46;

Email: esmira.alirzayeva@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: