Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Bakı Elm Festivalına hazırlıq işləri davam etdirilir
10.09.2014 00:00
  • A-
  • A
  • A+

Bakı Elm Festivalına hazırlıq işləri davam etdirilir

AMEA prezidenti, akademik Akif Əlizadə Bakı Elm Festivalının təşkilatçıları ilə görüşüb.

AMEA Rəyasət Heyətində keçirilən görüşdə akademik festivalın əhəmiyyəti və xarici ölkələrin bu sahədəki təcrübəsindən danışıb. AMEA rəhbəri festivala hazırlıq çərçivəsində elmi-populyar nəşrlərin sayının artırılması, həmçinin festivalda AMEA-nın bütün bölmələrinin yüksək səviyyədə iştirakının təmin olunmasını vacib hesab edib.

Sonra Bakı Elm Festivalının direktoru və işçi qrupunun rəhbəri Nuridə Quliyeva tədbirlər planının icra bölgüsü və görülən işlər haqqında ətraflı məlumat verib.

Görüşün sonunda qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: