Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasında memorandum imzalanacaq
10.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Geologiya və Geofizika İnstitutu ilə ABŞ-ın Massaçusets Texnologiya İnstitutu arasında memorandum imzalanacaq

Sentyabrın 11-də saat 12:30-da Rəyasət Heyətində AMEA prezidenti, akademik Akif Əlizadə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun (MTİ) GPS sistemi və proqramlarının müəlliflərindən biri olan Robert Reilinger ilə görüşəcək.

Görüşdə AMEA-nın Geologiya və Geofizika İnstitutu ilə MTİ arasında “Geodeziya və Geodinamika Laboratoriyası"nın yaradılması məqsədi ilə memorandum imzalanacaq.

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 30.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: