Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub
18.07.2019 09:20
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə türkdilli əlyazmaların toplu kataloqu nəşr olunub

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Azadə Musabəylinin tərtib etdiyi dördcildlik “Əlyazmalar İnstitutundakı türkdilli əlyazmaların toplu kataloqu” çapdan çıxıb.

Toplu kataloqun elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.

Topluya Əlyazmalar İnstitutunda saxlanılan, ümumi sayı 6121 olan bütün türkdilli əlyazmalarla bağlı biblioqrafik məlumatlar daxildir. Birinci və ikinci cildlər əsər adları üzrə, üçüncü və dördüncü cildlər şəxs (müəllif, tərcüməçi və b.) adları üzrə əlifba sırası ilə tərtib olunub.

Qeyd edək ki, Əlyazmalar İnstitutundakı müxtəlif elm sahələrini və mövzuları əhatə edən türkdilli əlyazmaların toplu kataloqunun hazırlanması Azərbaycanda ilkin təşəbbüsdür. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: