Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçiriləcək
18.07.2019 09:04
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanasında “Açıq qapı” günü keçiriləcək

İyulun 21-i bəşər övladının Aya ayaq basmasının 50-ci ildönümü tamam olur.

Bəşəriyyət üçün böyük sıçrayış olan bu əlamətdar günlə əlaqədar Beynəlxalq Astronomiya Birliyinin təşkilatçılığı ilə “Biz eyni Ayı bölüşürük” layihəsi çərçivəsində dünyanın 120 ölkəsində müxtəlif tədbirlər keçirilir. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası da bu tarixi günlə əlaqədar iyulun 20-də rəsədxanada və Tusi-Bohm Planetariumda “Açıq qapı” günü elan edir.

“Açıq qapı” gününün proqramına Şamaxı Astrofizika Rəsədxanasında gündüz ekskursiyası – muzey və 70 santimetrlik teleskopla tanışlıq, Tusi-Bohm Planetariumda isə 50 illiklə bağlı film nümayişi, seminar və teleskopla müşahidə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: