www.science.az
09.07.2019 10:30

Milli innovasiya siyasəti öz bəhrəsini verir

Dünya dəyişir və biz yenilənən gələcəyə doğru addımlayırıq. Dəyişən qlobal dünyada layiqli yerimizi tutmaq üçün biz artıq bu gün və sabah dəyişməliyik, daha doğrusu - yenilənməliyik. Daha kreativ, yaradıcı, işgüzar və hər zaman axtarışda olmalıyıq. Səhv etməkdən qorxmamalıyıq. 

Bu məsələni  gecikdirmək olmaz. Bunun üçün, yeni platforma, əlverişli şərt, fikirlərin həyata keçirilməsi mexanizmləri və onların maliyyələşdirilməsi üçün yaradıcı düşüncəyə, zəngin biliyə malik olan bir nəsil yetişdirmək lazımdır.