Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Ölkəmizdə çayçılığın inkişafına dair tədqiqatlar aparılır
08.07.2019 14:41
  • A-
  • A
  • A+

Ölkəmizdə çayçılığın inkişafına dair tədqiqatlar aparılır

Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Mərkəzinin əməkdaşları İlkin Hüseynov və Famil Əhmədov Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun (AMÇETİ) Lənkəran filialını ziyarət ediblər.

Məqsəd “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı olub.

AMEA Lənkəran Regional Elmi Mərkəzinin (LREM) direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyevlə görüşdə qonaqlara çayçılığın iqtisadi səmərəliliyi, bu sahənin inkişafı üçün yeni çay sortlarının yetişdirilməsinin vacibliyi, eləcə də Dövlət Proqramının icrası ilə bağlı görülən işlər barədə məlumat verilib. Professor bildirib ki, müasir elmi biliklərdən yararlanmaqla çayçılıq inkişaf etdirilməli, fermerlər arasında ciddi təbliğat  işləri aparılmalıdır.

AMÇETİ ilə LREM arasında bağlanmış əməkdaşlıq müqaviləsini xatırladan alim birgə elmi təcrübə sahəsinin formalaşdırıldığını və onun elmi rəhbərliyi altında böyük perspektivli 4 yeni çay sortunun yetişdirildiyini söyləyib.

F.Quliyev intensiv sortların artırılması üçün AMÇETİ-nin Lənkəran filialının sahəsində anaclıq plantasiyasının salınmasının və ayrı-ayrı fermer təsərrüfatlarına bu çay sortlarından əkin materialları üçün verilməsininin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: