Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Dilqəm Tağıyev Sloveniyada keçirilən konfransda iştirak edib
05.07.2019 13:44
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyev Sloveniyada keçirilən konfransda iştirak edib

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev Sloveniyanın Portoroj şəhərində keçirilən Oksidləşmə proseslərinin ekoloji tətbiqi üzrə 6-cı Avropa konfransında iştirak edib.

Beynəlxalq tədbirə dünyanın 51 ölkəsindən, o cümlədən Azərbaycan, ABŞ, Kanada, Braziliya, Meksika, Yaponiya, Çin, Koreya Respublikası, Tailand, Sinqapur, Səudiyyə Ərəbistanından olan alim və mütəxəssislər qatılıblar.

Konfransda akademik Dilqəm Tağıyevin məruzəsi dinlənilib.

Tədbirdə katalitik sistemlərin iştirakı ilə havada, suda və bioloji obyektlərdə olan müxtəlif təbiətli toksik maddələrin zərərsizləşdirilməsi məqsədilə aparılan tədqiqatların nəticələri müzakirə olunub. Ən yaxşı poster məruzəsi və gənc tədqiqatçıların işlərinə görə, I, II və III dərəcəli diplomlar qaliblərə təqdim edilib.

Növbəti konfransın 2021-ci ildə Portuqaliyada keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: