Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərinin sayı 11-ə çatıb
05.07.2019 10:25
  • A-
  • A
  • A+

AMEA Yüksək Texnologiyalar Parkının rezidentlərinin sayı 11-ə çatıb

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “İNKOR” MMC-yə rezidentlik statusunun verilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə YT Parkın direktoru, i.ü.f.d. Nazim Şükürov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, “İNKOR” MMC-nin direktoru Vüqar Fərəcov və digər əməkdaşlar iştirak ediblər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması Qaydası”na əsaslanan Ekspertlər Şurasının müsbət rəyi nəticəsində uzunmüddətli innovativ layihəli “İNKOR” MMC AMEA YT Parkın rezidentliyinə qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: