Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

ABŞ-da keçirilən “Dahilər Olimpiadası”nın qalibləri Neft-Kimya Prosesləri İnstitutunda olublar
05.07.2019 10:14
  • A-
  • A
  • A+

ABŞ-da keçirilən “Dahilər Olimpiadası”nın qalibləri Neft-Kimya Prosesləri İnstitutunda olublar

ABŞ-da keçirilən “Dahilər Olimpiadası”nda qızıl medala layiq görülən azərbaycanlı şagirdlər - Ələsgər Sadıqov və İbrahim Bağırov AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda olublar.

Məktəblilərlə görüşdə institutun direktoru, akademik Vaqif Abbasov qeyd edib ki, bu qələbə bütövlükdə Azərbaycan təhsilinin və elminin uğurudur. O, şagirdlərin uğurunda son illərdə AMEA-da aparılan elmlə təhsilin inteqrasiyası istiqamətindəki islahatların da mühüm rol oynadığını söyləyib.

Qeyd edək ki, şagirdlər elmi layihəni akademik Vaqif Abbasov və texnika elmləri doktoru Təranə Məmmədovanın rəhbərliyi ilə hazırlayıblar. Məktəblilər 73 ölkədən təqdim olunmuş 420 layihə arasında ən yaxşı layihəyə görə qızıl medal qazanıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: