AMEA-nın Fəlsəfə İnstitutunun Məntiq şöbəsinin əməkdaşı, fəlsəfə üzrə elmlər doktoru, professor Arif Bünyadovun rus dilində “Qeyri-səlis məntiq konsepsiyasının elmi metodoloji əsasları” monoqrafiyası nəşr olunub.
Kitabın elmi redaktoru Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, rəyçiləri isə professorlar - Əziz Məmmədov və Əli Abasovdur.
Vəsaitdə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin qeyri-səlis məntiqi konsepsiyasının konseptual və metodoloji xüsusiyyətləri araşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.