Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA Rəyasət Heyətində “Thomson Reuters” Agentliyinin nümayəndələri ilə görüş keçirilib
06.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətində “Thomson Reuters” Agentliyinin nümayəndələri ilə görüş keçirilib

Görüşdə Azərbaycan alimlərinin dünyanın nüfuzlu elmi bazası ilə əməkdaşlıq təcrübəsinin artırılması imkanları müzakirə edilmişdir. AMEA rəhbəri bildirmişdir ki, Azərbaycan elmi ictimaiyyətinin sözügedən qlobal elmi bazaya çıxış təcrübəsi o qədər də ürəkaçan deyildir. Təcrübənin azlığı ölkə alimlərinin elmi nailiyyətlərinin müəyyən qədər kölgədə qalmasına və beynəlxalq elm ictimaiyyətinə lazımi səviyyədə çatdırılmamasına gətirib çıxarmışdır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda təşkil olunmuş “Azərbaycanın qlobal elmi bazaya çıxışı” mövzusunda seminarla əlaqədar Bakıya səfər etdiklərini bildirən “Thomson Reuters"in strateji əməkdaşlıq üzrə meneceri Filip Pörnel və departament rəhbəri Şahruz Şarifrazi mövzunun aktuallığından söz açmışlar. Vurğulanmışdır ki, “Thomson Reuters"də Azərbaycan alimlərinin məqalələri həqiqətən azlıq təşkil edir. Qonaqlar bu çatışmazlığı aradan qaldırmaq istiqamətində AMEA ilə əməkdaşlıq etməyə hazır olduqlarını ifadə etmişlər. Akademik Akif Əlizadə və AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev “Thomson Reuters"in təcrübəsindən faydalanmağın önəmliyindən söhbət açaraq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı razılığa gəlmişlər. Beynəlxalq şirkətin mütəxəssisləri tərəfindən Azərbaycan alimlərinə qlobal elmi bazaya çıxış təcrübəsi keçilməsi məqsədi ilə xüsusi təlim və seminarların davam etdirilməsini, xüsusi kursların təşkil olunmasının zəruriliyini ifadə etmişlər.

Məlumatı AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı İctimaiyyətlə əlaqələr şöbəsi yaymışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: