Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova İtaliyada keçirilən seminarda iştirak edib
03.07.2019 16:42
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məsumə Məmmədova İtaliyada keçirilən seminarda iştirak edib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova “Əmək bazarında peşə bacarıqlarının proqnozlaşdırılmasının və tələb və təklifin uyğunlaşdırılmasının rəqəmsal transformasiyası” mövzusunda 8-ci tematik seminarın işində iştirak etmək üçün İtaliyanın Milan şəhərində ezamiyyətdə olub.

Seminar Avropa Komissiyası, Avropa Təhsil Fondu və İtaliyanın Bikokka Universitetinin birgə təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramının 4-cü Platforması çərçivəsində həyata keçirilib. Azərbaycan bu seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi və İnformasiya Texnologiyaları İnstitutundan olan ekspert qrupu ilə təmsil olunub.

Tədbirdə Avropa İttifaqı tərəfindən qlobal texnoloji çağırışlara cavab olaraq gələcəyin əmək bazarı, müəssisələri, iş yerləri və zəruri olan yeni bacarıqların proqnozlaşdırılması istiqamətində müzakirələr aparılıb.

Seminarda M.Məmmədova “Azərbaycan: əmək bazarında tələb və təklifin proqnozlaşdırılması və uyğunlaşdırılması ekosisteminin formalaşması və inkişafı üzrə təşəbbüslər və nailiyyətlər” mövzusunda çıxış edərək ölkəmizdə bu istiqamətdə aparılan işlər və tədqiqatlar haqqında məlumat verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: