www.science.az
03.07.2019 15:37

Fəlsəfə İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin müşaviri Feyzi Toger AMEA-nın Fəlsəfə İnstitutunda olub.

İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə ilə görüşdə qonağa müəssisənin tarixi, fəaliyyəti, aparılan tədqiqat işləri haqqında məlumat verilib. İ.Məmmədzadə, həmçinin beynəlxalq əlaqələr sahəsində görülən işlərdən, xarici ölkələrin elmi müəssisələri ilə qurulan əlaqələrdən, birgə keçirilən beynəlxalq konfranslardan söhbət açıb. O, beynəlxalq münasibətlər sahəsində Mərakeşin elm ocaqları ilə birgə konfranslar keçirə biləcəklərinin mümkün olduğunu deyib.

İ.Məmmədzadə Mərakeş alimlərinin tədqiqatlarının Fəlsəfə İnstitutunun üç dildə fəaliyyət göstərən internet saytında yerləşdirilməsini birgə fəaliyyət baxımından müsbət hal kimi qiymətləndirib.

Qonaqpərvərliyə görə institut rəhbərliyinə təşəkkür edən F.Toger ölkəsi haqqında görüş iştirakçılarına məlumat verib. Mərakeş universitetlərindən söz açan qonaq elm sahəsində əməkdaşlığın mümkünlüyünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.