www.science.az
03.07.2019 15:30

Azərbaycanlı alim beynəlxalq konfransda ölkəmizi təmsil edib

Qazaxıstanın Almatı şəhərində bu ölkənin Energetika Nazirliyi və Nüvə Fizikası İnstitutunun birgə təşkilatçılığı ilə “Nüvə və radiasiya fizikası” adlı XII beynəlxalq və “Tibb, sənaye və kənd təsərrüfatında nüvə və radiasiya texnologiyaları” mövzusunda I beynəlxalq konfrans keçirilib.

Tədbirlərdə ölkəmizi Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov təmsil edib. Alim “Nüvə və radiasiya fizikası” adlı XII beynəlxalq konfransda "Hidrogen və helium ionları ilə implantasiya edildikdən sonra TeInS2  kristalının impedans spektrinin və optik xassələrinin tədqiqi" (Исследование импеданского спектра и оптических свойств кристалла TlInS2 после имплантации ионами водорода и гелия) adlı məruzə ilə çıxış edib, həmçinin tədbirin bölmə iclasına sədrlik edib.

Qeyd edək ki, sözügedən konfrans çərçivəsində Radiasiya Problemləri İnstitutu və Qazaxıstanın Nüvə Fizikası İnstitutu arasında gələcək əməkdaşlığın istiqamətləri geniş müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.