Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb
01.07.2019 10:23
  • A-
  • A
  • A+

“Metafizika” jurnalının yeni sayı çapdan çıxıb

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının cari ildə ikinci sayı işıq üzü görüb.

Nəşrin bu sayında Azərbaycan, ingilis və fars dillərində “Sosial sinergistik institutlaşma konsepsiyasının sosial dövlətdə tətbiqi imkanları”, “Türk xalq poeziyasında optimallıq prinsipləri haqqında”, “Cəlaləddin Rumi və K.F.Deyvis təfəkküründə mistik təcrübənin mahiyyət və müxtəlifliyi”, “Ontoloji arqumentin təbyinlərinin araşdırılması” və s. məqalələr yer alıb.

Qeyd edək ki, yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir. Altı dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edən jurnalda elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilən araşdırmalara yer verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: