www.science.az
01.07.2019 09:35

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və aidiyyatı üzrə əməkdaşlar iştirak ediblər.

Akademik İsa Həbibbəyli yığıncağı giriş sözü ilə açaraq tədbirin bölmə üzrə "AMEA-nın professoru" elmi adını almaq üçün seçkiyə həsr olunduğunu bildirib.

Sonra çıxış edən akademik Teymur Kərimli AMEA Rəyasət Heyətinin 3 aprel 2019-cu il tarixli "AMEA-nın professoru" elmi adını almaq üçün növbəti müsabiqənin keçirilməsi haqqında" qərarını xatırladıb. Müsabiqədə iştirak edən namizədlərin müəyyənləşdirilməsi məqsədilə bölmə üzvlərindən ibarət müvafiq ekspert qrupunun yaradıldığını vurğulayıb.

Tədbirdə ekspert komissiyası və hesablayıcı komissiya təyin edildikdən sonra bölmə üzrə müxbir və həqiqi üzvlərin iştirakı ilə gizli səsvermə keçirilib. Nəticələrə görə, filologiya elmləri doktorları - Salidə Şərifova, Sevinc Əliyeva və Səhər Orucova seçkidə qalib gəliblər. Bölmə seçkinin nəticələrini təsdiqləyib və Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.