Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Dərya kimi dolan könlüm" adlı kitab nəşr olunub
28.06.2019 14:38
  • A-
  • A
  • A+

"Dərya kimi dolan könlüm" adlı kitab nəşr olunub

AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovanın tərtibatçısı olduğu "Dərya kimi dolan könlüm" adlı kitab çapdan çıxıb. "Elm" nəşriyyatında dərc olunan kitab ustad Aşıq Mədət Ömərovun xatirəsinə həsr olunub. Burada Zaqatalanın Bəhmədli kəndindən olan ustad aşığın şeirləri, dastan-rəvayətləri yer alır.

Kitabın redaktoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlıdır.

"Dərin izlər salıb kövrək qəlblərdə ömrünü nağıltək yaşadı ustad!" başlıqlı "Ön söz"ündə Z.Mənsimova Aşıq Mədətin yaradıcılığında toxunduğu mövzulardan bəhs edib, onun Zaqatala aşıq mühitinin ənənələrinin davam etdirilməsi, qorunub-saxlanılmasında əvəzsiz rolundan, vətənə məhəbbət, sonsuz sevgi, həyat təcrübəsindən qaynaqlanaraq ərsəyə gətirdiyi zəngin poeziya nümunələrindən, həyat sərgüzəştləri ilə dolu şeirlərindən, eləcə də doğma xalqının fikir və duyğularını yüksək sənətkarlıqla əks etdirdiyi dastan-rəvayətlərindən söz açıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: