Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvan Bölməsində “Arıların həyatı” kitabının müzakirəsi keçirilib
27.06.2019 13:50
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində “Arıların həyatı” kitabının müzakirəsi keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Nobel mükafatı laureatı Moris Meterlinkin “Arıların həyatı” kitabının müzakirəsi keçirilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək insanların hərtərəfli formalaşmasında, intellektual səviyyəsinin yüksəlməsində müdriklik vasitəsi olan kitabların əvəzsiz rolundan bəhs edib. Alim insanlar arasında kitabların təbliğatının aparılmasının, yeniyetmə və gənclərin mütaliəyə marağının artırılmasının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə ölkəmizdə təşkil edilən tədbirləri yüksək dəyərləndirib.

Sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Əhməd Qarayev və Coğrafiya şöbəsinin elmi işçisi İlahə Seyidova “Arıların həyatı” kitabı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamda dünya ədəbiyyatının ən tanınmış nümayəndələrindən bir olan belçikalı yazıçı, şair-dramaturq, filosof Moris Meterlinkin “Arıların həyatı” adlı yeddi hissədən ibarət olan romanı da var. Bildirilib ki, müəllif ixtisasca hüquqşünas olsa da, hələ sağlığında “Belçikalı Şekspir” adı ilə tanınıb. “Şahzadə Malen” dram əsəri ilə 27 yaşında məşhurlaşan Moris Meterlink “Arıların həyatı” romanı, “Göy quş”, “Çağrılmamış qonaq”, “Korlar”, “Nişanlanma”, “Müqəddəs Antoninin möcüzəsi” pyesləri və digər əsərlərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: