Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Akademik Qərib Məmmədov ADAU-nun professor-müəllim heyətinə seminar keçib
20.06.2019 14:29
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədov ADAU-nun professor-müəllim heyətinə seminar keçib

AMEA-nın müşaviri, akademik Qərib Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin professor-müəllim heyəti üçün “Coğrafi informasiya sistemləri əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymət xəritələrinin tətbiqi” mövzusunda seminar keçib.

Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov açaraq rəhbərlik etdiyi müəssisədə bu cür görüşlərin mütəmadi keçirildiyini bildirib.

Sonra akademik Qərib Məmmədov coğrafi informasiya sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri haqqında geniş məlumat verib. Aero və kosmik materiallar əsasında torpaq xəritəsinin tərtib prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin və torpaqların CİS əsasında ekoloji qiymətləndirilməsi xəritəsinin hazırlanması məsələlərinə aydınlıq gətirən akademik ilkin hazırlanmış interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrini nümayiş etdirib. Həmçinin torpaq, aqrokimyəvi, o cümlədən multidissiplinar tədqiqatların aparılması üçün həmin platforma üzərində relyefin plastikası metodu, 3D vizuallaşdırma kimi üsullardan istifadə etməklə rəqəmsal torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtib edilməsinin müfəssəl metodikası nümayiş olunub.

Sonda geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: