AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Abbasqulu Ağa Bakıxanov – 225” sərgisi təşkil olunub.
Görkəmli Azərbaycan şairi, yazıçısı, alimi, mütəfəkkiri və maarifçisi Abbasqulu Ağa Bakıxanovun anadan olmasının 225-ci ildönümünə həsr olunan sərgidə alimin Azərbaycan və rus dillərində “Seçilmiş əsərlər”i, “Qüdsinin sərgüzəştləri”, “Hind əfsanəsi”, “Bədii əsərlər”, “Əsrarül-mələküt”, “Gülüstani-İrəm” kitabları, eləcə də elmi və ədəbi irsinin digər nümunələri nümayiş olunur.
Sərgi iyul ayının 2-dək davam edəcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.