Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunun direktoru Rusiya Elmlər Akademiyasında ezamiyyətdə olub
19.06.2019 12:44
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun direktoru Rusiya Elmlər Akademiyasında ezamiyyətdə olub

AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov Rusiya Elmlər Akademiyasının Bitki və Heyvanların Ekologiyası İnstitutunda ezamiyyətdə olub. 

Ezamiyyət zamanı iki qurum arasında bağlanmış müqavilə əsasında beynəlxalq laboratoriyanın yaradılması məsələsi müzakirə edilib. Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi, suda-quruda yaşayanların genetik dəyişikliyinin öyrənilməsi, onların statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, paleoentomoloji məlumatların cəlb edilməsi əsasında regionun quru biogeosenozlarının tarixinin əsas tərkib hissəsi kimi Azərbaycanda pleystosen və holosendə entomokomplekslərin formalaşması proseslərinin rekonstruksiyası, köçən quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizinə dair tədqiqatlar aparılacaq.

Ezamiyyət ərzində, həmçinin bir sıra gənc alimlər üçün elmi rəhbərlər və yeni elmi istiqamətlər də müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: