Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
19.06.2019 12:22
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Rusiyada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutunda keçirilən "Yeni və qeyri-ənənəvi bitkilər və onların istifadəsi perspektivləri" mövzusunda XIII beynəlxalq simpoziumda iştirak edib. 

Professor Əlövsət Quliyev simpoziumun plenar iclasında “Abşeron yarımadasında bioloji rekultivasiya məqsədi ilə bəzi subtropik bitkilərin torpaqların neftlə çirklənməsinə dayanıqlığının müəyyənləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib.

İyunun 20-dək davam edəcək beynəlxalq simpoziumda Qazaxıstan, Belarus, Türkiyə və digər ölkələrin tanınmış alimləri iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: