Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşları Böyük və Kiçik Qafqazın tədqiqi ilə əlaqədar ekspedisiyada olublar
03.09.2014 00:00
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşları Böyük və Kiçik Qafqazın tədqiqi ilə əlaqədar ekspedisiyada olublar

AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin əməkdaşları həmin şöbənin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyevin rəhbərliyi ilə Böyük Qafqazın şimal-şərq hissəsinin intensiv mənimsənilən, Kiçik Qafqazın şimal-şərq yamacının isə texnogen çirklənməyə məruz qalmış ərazilərinin tədqiqi ilə əlaqədar ekspedisiyada olublar.

Ekspedisiya üzvləri Böyük Qafqazın şimal-şərq hissəsinin yay otlaqlarının müasir ekoloji durumu, onların bitki örtüyünün yerüstü kütlə ehtiyatının üzərindəki əvvəlki müşahidələri davam etdirib, intensiv mənimsənilən ərazilərin müasir ekoloji problemlərinə dair elmi araşdırmalar aparıblar.

Kiçik Qafqazın (Gədəbəy və Daşkəsən rayonları timsalında) şimal-şərq yamacının texnogen landşaftlarının əvvəlki və hazırki durumu, onların yayılma arealları və sahələri, ümumi təbii landşafta vurduğu ziyanlar barədə ilkin məlumatlar toplayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: