Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir
13.06.2019 14:52
  • A-
  • A
  • A+

Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir

AMEA Naxçıvan Bölməsində 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar elmi konfrans keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın müasir dövr tarixinə qızıl həriflərlə yazılan 15 İyun - Milli Qurtuluş Günü tarixinin əhəmiyyətindən danışıb, əlamətdar gün münasibətilə elmi müəssisənin əməkdaşlarını təbrik edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə yenidən qayıdışı ilə Milli Qurtuluşumuzun əsasını qoyub. Dahi öndər istedadını, zəngin təcürübəsini azad, müstəqil, dünya sivilizasiyalı dövlətlər səviyyəsinə çatan bir dövlət qurmağa sərf edib. Onun uğurlu siyasəti sayədində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Həyata keçirdiyi tədbirlər isə bütün sahələri əhatə edən inkişafın möhkəm təməlini qoyub.

Qeyd olunub ki, ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının qloballaşan dünyanın tələbinə uyğun apardığı siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, eyni zamanda ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etməsinə misilsiz töhfələr verib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xilaskarlıq missiyası” mövzusunda məruzəsi dinlənilib.

Sonda Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyaşarlığını təmin edib, ölkənin hərtərəfli inkişaf etməsinə nail olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: