Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Çingiz Qacarın "Zirvədən baxış" kitabı işıq üzü görüb
11.06.2019 10:03
  • A-
  • A
  • A+

Akademik Çingiz Qacarın "Zirvədən baxış" kitabı işıq üzü görüb

Görkəmli fizikaçı alim, Dövlət Mükafatı və "Şöhrət" ordeni laureatı, Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının rəhbəri, akademik Çingiz Qacarın "Zirvədən baxış" kitabı çapdan çıxıb.

Nəşrin rus dilindən tərcüməçisi və məsul redaktoru Vasif Quliyev, dizayner və texniki redaktoru isə Leyla Qarayevadır.

Uzun, dolğun, maraqlı və mənalı ömür yaşayan alim bu kitabında yaşadığı həyata illərin "zirvəsi"ndən baxır. Təqdim olunan kitab avtobioqrafik xarakter daşıyır və burada bir çox maraqlı tarixi faktlar yer alıb. Vəsait İran şahzadəsi Bəhmən Mirzə Qacarın ailəsi ilə birlikdə İrandan Rusiyaya köçürülməsi şəraitinin təsviri ilə başlayır. Bundan əlavə, SSRİ-nin dəhşətli repressiya illərində bu nəslin nümayəndələrinin əksəriyyətinin həbs olunduğu, bəzilərinin qaçdığı, bəzilərinin soyadlarını dəyişdiyi, bəzilərinin isə İran təbəəliyini qəbul etdiyi oxuculara təqdim edilir.

Əsərdə Qacarlar nəslinin nümayəndələrinin fotoları, şeirləri də əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: