Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

GEANT-ın mütəxəssisləri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar
10.06.2019 10:37
  • A-
  • A
  • A+

GEANT-ın mütəxəssisləri Respublika Seysmoloji Xidmət Mərkəzində olublar

Avropanın Elm və Təhsil Şəbəkələri Assosiasiyasının (GEANT) beynəlxalq layihələr üzrə meneceri Veronika Di Luna, Tədqiqat işləri üzrə mütəxəssisi Chris Atherton və Satınalmalar üzrə mütəxəssisi Rita Mazeikaite AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olublar.

Burada qonaqlara RSXM tərəfindən aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, RSXM-in informasiya resursları ilə təmin edilməsində GEANT-ın dəstəyindən AzScienceNet elm kompüter şəbəkəsi vasitəsilə istifadə edilir. Bununla yanaşı, AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Mərkəzin şəbəkə infrastrukturunun AzScienceNet şəbəkəsinin Data Mərkəzində yerləşən Milli Eduroam Serverinə qoşulması təmin edilib.

Avropa Komissiyasının Azərbaycanda aparılan seysmoloji tədqiqatlarla yaxından maraqlandığını vurğulayan qonaqlar görülən işləri yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: