Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.06.2019 10:37
  • A-
  • A
  • A+

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 50-ci ildönümü münasibətilə tədbir keçirilib.

Muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı görkəmli siyasi xadim Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, bu il Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyidir. Bəzi məqamlarda Azərbaycanın bu gün qazandığı uğurların əsası elə o dövrdə qoyulub. Ulu öndər respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına qayğı ilə yanaşıb. Ölkəmizin müstəqilliyi və bugünkü möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılan potensiala əsaslanır.

Sonra çıxış edən yazıçı-publisist Əlisəfa Azayev son onilliklər ərzində ölkəmizin qət etdiyi çətin, lakin şərəfli yolun yalnız Heydər Əliyev şəxsiyyətinin qüdrəti sayəsində tarixi həqiqətə çevrildiyini söyləyib. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanda milli intibahın başlanğıc tarixidir.

Sor-sor kənd tam orta məktəbinin direktoru Zeynal Səfərov qeyd edib ki, Azərbaycanın müasir tarixində Heydər Əliyevin müstəsna xidmətləri, onun irsi hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaq. Müasir Azərbaycanın qurucusu olan ümummilli liderimizin xatirəsi Azərbaycan adı yaşadıqca xalqımızın yaddaşında, ürəyində yaşayacaq.

Tədbirdə muzeyin əməkdaşı, publisist Tofiq Abdullayev və YAP Kürdəmir rayon təşkilatının baş məsləhətçisi Məhəmməd Heydərli və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində apardığı uğurlu islahatların ölkəmizin dinamik inkişafına səbəb olduğunu vurğulayıblar. Heydər Əliyevin ölkəmizin uğurlu inkişafı istiqamətində həyata keçirdiyi böyük işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Bundan başqa, şagirdlər ümummilli liderin əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: