www.science.az
03.09.2014 00:00

Müasir geodinamik şəraitə dair əldə edilmiş yeni nəticələrin müzakirəsinə həsr olunmuş tədbir keçiriləcək

Sentyabrın 7-12-də AMEA Geologiya və Geofizika İnstitutunda Azərbaycan və onunla qonşu ərazilərdə aparılan GPS monitorinqi əsasında müasir geodinamik şəraitə dair əldə edilmiş yeni nəticələrin müzakirəsinə həsr olunmuş beynəlxalq seminar və gənc alimlər üçün payız məktəbi keçiriləcək.

Tədbirin təşkilatçıları AMEA Yer Elmləri Bölməsi və ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutudur.

“Yer qabığı dinamikasını öyrənmək məqsədi ilə yüksək dəqiqlikli GPS ölçü məlumatlarının GAMIT/GLOBK emalı” ("Workshop on High Precision GAMIT/GLOBK GPS Data Processing for Crustal Dynamics") adlı payız məktəbinin məqsədi Geologiya və Geofizika İnstitutu və AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarına GAMIT/GLOBK proqram təminatı ilə işləmək və geoloji interpretasiya qaydalarını öyrətməkdir.

Seminarda ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunun GPS sisteminin və proqramlarının müəllifləri olan R.Reilinger, T.Herrinq, R.King, və M.Floyd və Geologiya və Geofizika İnstitutunun alimləri tərəfindən mühazirələr oxunacaq.

Sonda iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcək.

Qeyd edək ki, seminarın işində ABŞ alimləri ilə yanaşı, Rusiya, Türkiyə və Gürсüstan nümayəndələri də iştirak edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.