Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanda orta əsrlər dövrünün silahlarına aid monoqrafiya nəşr olunub
03.06.2019 09:34
  • A-
  • A
  • A+

Azərbaycanda orta əsrlər dövrünün silahlarına aid monoqrafiya nəşr olunub

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, t.ü.f.d., dosent Sevinc Vahabovanın “Azərbaycan orta əsr silahları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” monoqrafiyası çapdan çıxıb.

Kitabda Azərbaycanın bütün növ silahlarının təsnifatı, izahı, şəkilləri verilib, onların hazırlanma üsulları, istifadə qaydaları təhlil edilib. Monoqrafiya muzeyin silah kolleksiyası əsasında hazırlanıb. Bu kolleksiya maddi mədəniyyət nümunələri arasında mühüm yer tutur.

Xalqımızın qəhrəmanlıq keçmişini sübut edən əyani nümunələrdən biri silahlar və hərbi ləvazimatlardır. Silahlar öz varlığı ilə xalqın hərb tarixini və ənənələrini araşdırmağa imkan verən mühüm materiallardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: