Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Almaniyada ezamiyyətdə olub
31.05.2019 16:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Almaniyada ezamiyyətdə olub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı Tübingen Universitetinin Qeyri-üzvi Kimya İnstitutunun Bərk cisim və nəzəri qeyri-üzvi kimya kafedrasının professoru Hans Jürgen Meyerin dəvəti ilə Almaniyada elmi ezamiyyətdə olub.

Alman Akademik Mübadilə Xidmətinin (DAAD) sponsorluğu ilə baş tutan səfər zamanı topoloji izolyatorların kimyası sahəsində birgə tədqiqatların nəticələri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: