Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan Milli Ensiklopediyasının VIII cildi işıq üzü görüb
31.05.2019 12:34
  • A-
  • A
  • A+

Azərbaycan Milli Ensiklopediyasının VIII cildi işıq üzü görüb

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinın yeni nəşri – Azərbaycan Milli Ensiklopediyasının növbəti VIII cildi işıq üzü görüb. 

Yüksək bədii tərtibatla hazırlanmış ensiklopediyanın Almaniyada çap olunmuş yeni cildi “E” (bir hissəsi) ,”Ə” hərflərini (tam) və “F” hərfi üzrə materiallların bir hissəsini əhatə edir.

Azərbaycan Milli Ensiklopediyasının əvvəlki cildlərində olduğu kimi bu cilddə də məqalələr, termin və məlumatlar şəkil, xəritə və sxemlərin müşayiəti ilə verilib.

Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyasının cildlərində dünya sivilizasiyasının mühüm mərhələlərini, ayrı-ayrı ölkələrin və xalqların tarixini, ədəbiyyat və incəsənətini, eləcə də elmini səciyyələndirən ətraflı məlumatların, müxtəlif elm sahələrinə dair terminlərin izahı verilir. Hazırda ensiklopediyanın növbəti - IX cildi çapa hazırlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: