www.science.az
03.09.2014 00:00

Akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bitki biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib

AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyev ABŞ-da nəşr olunan “Bitki biokimyası və fiziologiyası” jurnalının redaksiya heyətinin fəxri üzvü seçilib. Bununla bağlı jurnalın baş redaktoru Dr. K.Uilsondan daxil olmuş məktubda C.Əliyevin uzun illər ərzində kənd təsərrrüfatı bitkilərinin fiziologiyası və biokimyası sahəsində dərin tədqiqatlar apardığı və onların nəticələrinin beynəlxalq miqyasda yüksək səviyyədə qəbul olunduğu vurğulanır. Qeyd olunur ki, C.Əliyevin redaksiya heyətinin tərkibinə olması dünya elminin daha da inkişafına imkan yaradacaq.

Qeyd edək ki, akademik Cəlal Əliyev biologiya elminin ən müasir istiqamətləri üzrə ABŞ, Avropa və Avstraliyada nəşr olunan bir neçə jurnalın redaksiya heyətinin üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.