Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

"Şao" mükafatının builki sahiblərinin adları açıqlanıb
30.05.2019 12:01
  • A-
  • A
  • A+

"Şao" mükafatının builki sahiblərinin adları açıqlanıb

Nobel mükafatının Asiyada analoqu olan "Şao" mükafatının builki qalibləri müəyyən olunub.

Qeyd edək ki, 2002-ci ildə xeyriyyəçi Şao Yifu tərəfindən təsis edilən bu mükafat hər il astronomiya, riyaziyyat, biologiya və tibb sahəsində kəşflər və mühüm nailiyyətlər əldə etmiş alimlərə verilir. Hər bir mükafatın məbləği bir milyon iki yüz min ABŞ dolları təşkil edir.

Bu il astronomiya sahəsi üzrə mükafata Günəş sisteminə dair biliklərin təkmilləşdirilməsi və planetlərarası əlaqələrin öyrənilməsindəki xidmətlərinə görə ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun professoru Edvard Stoun layiq görülüb.

Biologiya və tibb sahəsində "Şao" mükafatı DNT-nin zədələnmiş hissələrinin bərpası sahəsindəki işlərinə görə ABŞ-ın Cornell Universitetinin professoru Maria Yasinə verilib.

Riyaziyyat sahəsində bu beynəlxalq elmi mükafata isə konsentrasiya bərabərsizliyi, supremumların stoxastik proseslərinin öyərilməsində və spinli şüşələr sahəsindəki nailiyyətlərinə görə sorboniyalı riyaziyyatçı Mişel Talaqran layiq görülüb.

www.hi-news.ru

  • Paylaş: