Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq
29.05.2019 09:56
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Ədəbiyyat İnstitutunda ADPU-nun Azərbaycan və dünya ədəbiyyatı kafedrasının filialı yaradılacaq.

Sənəddə elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və digər məsələlər əksini tapıb.

Müqaviləni ADPU-nun rektoru, professor Cəfər Cəfərov və AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: