Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Fiziologiya İnstitutunun direktoru Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının IX konqresində iştirak edib
29.05.2019 09:42
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun direktoru Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının IX konqresində iştirak edib

İsveçin Göteborq şəhərində Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyasının IX konqresi keçirilib.

Tədbir fundamental herontologiya, heriatrik praktika, qocalmanın demoqrafik aspektləri, ahıllara tibbi-sosial yardım, onların sosial vəziyyəti və cəmiyyətdəki roluna həsr olunub.

Beynəlxalq Herontologiya və Heriatriya Assosiasiyası Prezidentinin dəvəti ilə konqresin işində AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, b.ü.e.d. Ulduz Həşimova da iştirak edib.

U.Həşimova, həmçinin Azərbaycan Herontoloqlar Cəmiyyətinin sədri kimi Beynəlxalq Assosiyasiyanın rəhbərliyinin və İcrayə Komitəsinin yeni müddətə seçkilərinə də qatılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: