AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun “Türk dillərinin müqayisəli morfologiya”sı kitabı çapdan çıxıb.
Nəşrin redaktoru, professor İsmayıl Məmmədli, rəyçiləri, professorlar - Mehman Musayev və Fikrət Xalıqovdur.
Əsərdə müasir türk dillərinin quruluşu müqayisə edilib, sözlər və qrammatik kateqoriyalar arasında olan ümumi və fərqli cəhətlər müəyyənləşdirilib. Kitabda ənənəvi morfologiyadan fərqli olaraq funksional-semantik kateqoriyaların da şərhinə yer verilib.
Vəsait ali təhsil müəssisələrinin müəllim və tələbələri, magistrantlar, doktorantlar, elmi işçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.