Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Xəzərlər və Azərbaycan” kitabı çapdan çıxıb
27.05.2019 10:40
  • A-
  • A
  • A+

“Xəzərlər və Azərbaycan” kitabı çapdan çıxıb

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədovun “Xəzərlər və Azərbaycan” kitabı işıq üzü görüb.

Kitab VII-X əsrlərdə xəzər türklərinin Azərbaycan tarixindəki roluna həsr edilib. Əsərdə ərəb işğallarından öncə xəzərlərin Cənubi Qafqazda baş verən hərbi-siyasi hadisələrdəki roluna və onların bu bölgədəki siyasi nüfuzuna qiymət verilir, yazılı tarixi mənbələrin müqayisəli təhlili əsasında ərəblərə qarşı müqavimətin təşkilində Qafqaz Albaniyası və Xəzər xaqanlığı arasındakı münasibətlərə yenidən nəzər salınır. Həmçinin ərəb-xəzər hərbi qarşıdurmasından sonra üç yüz il ərzində Azərbaycanın şimalında tarixi və iqtisadi məkanın formalaşması prosesində Xəzər dövlətinin əhəmiyyəti təhlil edilir və bu məsələ ilə bağlı yeni baxış əsaslandırılır.

Yeni nəşr Azərbaycan və xəzər türklərinin tarixini öyrənən tədqiqatçılar, tələbələr və Cənubi Qafqaz tarixi ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: