Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin layihələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib
24.05.2019 21:41
  • A-
  • A
  • A+

AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin layihələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəvətilə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) aprelin 29-dan mayın 3-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin təlim poliqonunda keçirilmiş hərbi təlimlərdə mövcud layihələri ilə iştirak etmiş və uğurlu nəticələr əldə edilmişdir.

Təlimlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən 24-dək Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib. Maksimal distansiya, çətin relyef və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə AMEA SETM-in hərbi təyinatlı məhsulları da nümayiş etdirilib.

SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələrin sınaq mərhələsindən uğurla keçmiş son hazır nümunələr qarşıya qoyulmuş tələblərə tam cavab vermiş və texniki parametrlərinə görə onların potensial döyüş şəraitində istismarı (idarə edilməsi) zamanı yüksək nəticələr əldə edilmişdir.

Müdafiə Nazirliyinin rəhbər heyətinin rəyinə əsasən, SETM-in layihələrinin son hazır nümunələrinin Azərbaycan Ordusunda tətbiqi və istifadəsi məqsədəuyğun hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: