Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Polşada keçirilmiş tədbirdə iştirak ediblər
02.09.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Coğrafiya İnstitutunun əməkdaşları Polşada keçirilmiş tədbirdə iştirak ediblər

AMEA Coğrafiya İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və coğrafiya üzrə fəlsəfə doktoru, dosent İrina Kuçinskaya Polşanın Krakov şəhərində keçirilmiş “Dəyişkənlik və davamlılıq” mövzusunda regional elmi konfransda iştirak ediblər.

Beynəlxalq Coğrafiya İttifaqının təşkilatçılığı ilə keçirilmiş tədbirə Avropa, Asiya, Amerika və Afrikadan olan 1000-dən artıq alim və mütəxəssis qatılıb.

Konfransın məqsədi yerli, regional və qlobal səviyyələrdə sahələrarası coğrafiya məsələlərinin həlli üçün forumun təşkilidir. Forumun nəticələri ətraf mühitdə baş verən qlobal dəyişmələr şəraitində davamlı inkişaf yollarının müəyyən edilməsi və yaranan risklərə effektiv cavabların verilməsinə yönəlmişdir.

Konfransın işi müzakirə olunan problemlərin müxtəlifliyinə görə 40-dan çox sessiya və sərgilərdə davam edib.

“Torpaqların istifadəsi və torpaq örtüyünün dəyişiklikləri” sessiyasında E.Əlizadənin “Azərbaycanda geomorfoloji risk” və İ.Kuçinskayanın “Dağ sistemlərinin ekolandşaft-rekreasiya potensialı” (Böyük Qafqazın Azərbaycan hissəsi timsalında) mövzusundakı məruzələri tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Qeyd edək ki, Beynəlxalq Coğrafiya İttifaqının növbəti regional konfransı 2015-ci ildə Moskvada baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: