Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub
22.05.2019 16:06
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyliyə Beynəlxalq Rəsul Rza Mükafatı təqdim olunub

Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunub.

Hər il Xalq şairi Rəsul Rzanın doğum günü ərəfəsində təqdim olunan bu mükafat Beynəlxalq Rəsul Rza Fondu tərəfindən təsis edilib.

İlk mükafat AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliyə təqdim olunub. Həmçinin Xalq rəssamı Arif Hüseynov, professor Rüstəm Kamal, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, AYB Qarabağ Bölməsinin sədri, professor Ənvər Əhməd, şairlər Maşallah Məftun, Tahir Taisoğlu və Etibar Vəliyev də Beynəlxalq Rəsul Rza Mükafatına layiq görülüblər.

Laureatlar Azərbaycan poeziyasının görkəmli siması Rəsul Rza yaradıcılığı haqqında fikirlərini bölüşüb, mükafatın onlar üçün dəyərli olduğunu vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: