Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qəlbim hər zaman Lənkərandadır” kitabı işıq üzü görüb
22.05.2019 15:30
  • A-
  • A
  • A+

“Qəlbim hər zaman Lənkərandadır” kitabı işıq üzü görüb

Görkəmli alim İshaq Axundzadənin “Qəlbim hər zaman Lənkərandadır” adlı kitabı çap olunub.

“Aspoliqraf”  mətbəəsində işıq üzü görən kitabın tərtibçisi və nəşrə hazırlayanı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tufan Axundov, redaktoru isə Humay Axundzadədir.

Vəsaitdə Lənkəranda doğulub boya-başa çatan, doğma yurduna olan sevgisini ömrünün sonuna qədər qəlbində yaşadan İshaq Axundzadənin qələmə aldığı xatirələri, onun Lənkəranda tanıdığı, gördüyü və eşitdiyi ailə və şəxsiyyətlər barədə fikirləri, həmçinin bölgənin bəzi folklor nümunələri və el adətləri haqqında yazıları toplanıb.

Müəllifin miras qoyduğu zəngin material geniş oxucu kütləsi və müxtəlif elm sahələrində çalışan mütəxəssislər üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: